EN

Azərbaycanın 3 gəmisi heyətlə birgə girov saxlanılır?

Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Bakupost”a uzaq səfərlər kapitanı Səyyar Quliyev məlumat verib.

O iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Bakıdan Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya - Eritreya istiqamətinə yönəldiyi bildirilir.

Kapitanın sözlərinə görə, gəmidəki şəxslər Bakı buxtasından Dubaya işləmək məqsədilə gedirmişlər.

Məsələyə Azərbaycan Dövlət Dəniz Administrasiyası da reaksiya verib. Qurumun mətbuat katibi Pərvanə İmanova bildirib ki, bu barədə məlumatlıdırlar və məsələ araşdırılır.

Chosen
43
35
operativmm.az

10Sources