EN

Kubada anbarında partlayış: 13 əsgərlə əlaqə saxlamaq mümkün deyil

Kubada anbarında partlayış: 13 əsgərlə əlaqə saxlamaq mümkün deyil

Kubada hərbi ləvazimatların olduğu anbarda baş verən partlayışdan sonra ilkin təsbitlərə görə 13 əsgərdən xəbər alınmadığı bildirilib.Kuba İnqilabçı Silahlı Qüvvələr Nazirliyinin (Minfar) verdiyi açıqlamada Holguin əyalətinin Melones bölgəsindəki anbarda naməlum səbəbdən hərbi materialların partladığı bildirilib.Açıqlamada partlayışdan sonra 13 əsgərlə əlaqə saxlamağın mümkün olmadığı, bölgəyə çoxlu axtarış-xilasetmə qrupunun göndərildiyi bildirilib.Səlahiyyətlilər itkin düşən hərbçilərin ailələrinə məlumat verildiyini və Silahlı Qüvvələrin hadisənin həllinə maksimum diqqət yetirdiyini vurğulayıb.Holguin Əyalət Müdafiə Şurası və Silahlı Qüvvələr Nazirliyi tərəfindən görülən tədbirlər çərçivəsində hadisə yerinə yaxın ərazilərdə yaşayan 500-ə yaxın insan ehtiyat tədbiri olaraq təxliyə edilib.

Chosen
41
4
afn.az

6Sources