Bakı. Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuzsaxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumatyayıb.
Bildirilib ki, yanvarın 7-də polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 2 tapança,1 qumbaraatan, 9 qumbara, 3 alışdırıcı, 39 tüfəng, 11 patron darağıvə 319 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.