Elnur Məmmədov ABŞ-nin keçmiş Prezidenti Cimmi Karterin xatirəsinə açılan başsağlığı kitabını imzalayıb
Azərbaycanın Xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ-nin keçmiş Prezidenti Cimmi Karterin xatirəsinə bu ölkənin Bakıdakı səfirliyində açılan başsağlığı kitabını imzalayıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.
"Keçmiş prezident Karterin və onun sülhməramlı və dövlət xadimi olaraq qoyduğu irsin şərəfinə başsağlığı kitabımızı imzalamaqda bizə qoşulan Azərbaycan Xarici İşlər Nazirliyi də daxil olmaqla hər kəsə təşəkkür edirik",-məlumatda qeyd olunub.
Keçmiş prezident Karterin və onun sülhməramlı və dövlət xadimi olaraq qoyduğu irsin şərəfinə başsağlığı kitabımızı imzalamaqda bizə qoşulan @AzerbaijanMFA də daxil olmaqla hər kəsə təşəkkür edirik. ️ İctimaiyyət üzvləri Karter Mərkəzinin onlayn başsağlığı kitabında ürək… pic.twitter.com/QljzQI5YUK