Polşada prezident seçkiləri mayın 18-nə təyin edildi
Polşada mayın 18-də prezident seçkiləri keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Seymin (Polşa parlamentinin aşağı palatası) marşalı (spikeri) Şimon Holovnya TVP İnfo telekanalı tərəfindən yayımlanan mətbuat konfransında bildirib.
Qeyd edilib ki, seçkilərin ikinci turu, lazım gələrsə, iyunun 1-də keçiriləcək.
Holovnya onu da bildirib ki, o, yanvarın 15-də prezident seçkilərinin təşkili haqqında fərman imzalaya biləcək, onun dərcindən sonra ölkədə seçki kampaniyası başlayacaq. Seymin sədri əlavə edib ki, namizədlərin qeydiyyatı aprelin 4-dək davam edəcək.