EN

Həyat yoldaşı intihar edən ulduz səssizliyini pozdu

Yazını böyüt
Yazını kiçilt

Aktrisa və prodüser Aubrey Plaza əri, 47 yaşlı Ceff Baenanın faciəvi ölümündən sonra susqunluğunu pozub.

Hafta.az-ın “Deadline”a istinadən yazdığına görə, Plaza, "Bizi dəstəkləyən hər kəsə dərin minnətdarlığımızı bildiririk. Bu müddət ərzində şəxsi həyatımıza hörmət edin" deyib.

Plazanın baş rolda oynadığı "Life After Beth" və "The Little Hours" kimi filmləri ilə tanınan məşhur kinorejissor Baena yanvarın 3-də vəfat edib. Los-Anceles Tibbi Ekspertiza İdarəsinin yaydığı hesabata görə, ölüm səbəbi intihar olub.

Baenanın ölüm xəbəri Hollivudu şoka salıb. O vaxtdan bəri o, Alison Braye, Adam Palli, Molli Şannon və bir çox başqaları tərəfindən sevgi ilə xatırlanır.

“The Brutalist” filminin 36 yaşlı rejissoru Bredi Korbet “Qızıl Qlobus”da Ən Yaxşı Rejissor mükafatını qazandıqdan sonra etdiyi çıxışda “Fikirlərim Aubrey Plaza və Ceffin ailəsi ilədir” deyərək başsağlığı verib.

Plazanın Los-Ancelesdə keçirilən 82-ci Qızıl Qlobus mərasimində mükafat verilişinə ev sahibliyi edəcəyi gözlənilirdi. 40 yaşlı aktrisa faciəvi hadisədən sonra vəzifəsini yerinə yetirə bilməyib.

Baena ilə münasibəti 2011-ci ildə başlayan Plaza 2021-ci ildə onunla evlənmişdi.

Sosial şəbəkələrdə Plazaya dəstək mesajları çox olub. Selma Bleyr və Culiya Foks kimi adlar məşhur aktrisaya dəstək verənlər arasında olub.

Mayamidə doğulan Baena əyləncə sənayesində karyerasına başlamazdan əvvəl Nyu-York Universitetində sənət təhsili alıb. 2017-ci ildə qonaq olduğu podkastda Mark Maronla danışan Baena, Stenli Kubrikin 1972-ci ildə çəkdiyi klassik “A Clockwork Orange” və Federiko Fellininin “Eight and a Half” (8½) filmlərinin karyerasında son dərəcə təsirli olduğunu söyləyib.

Chosen
17
hafta.az

1Sources