Türkiyənin tanınmış yazıçılarından olan Selim İleri 75 yaşında vəfat edib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən gün səhhətində problem yaranan yazıçı xəstəxanaya yerləşdirilib və axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Selim İleri, həm də ssenarist kimi fəaliyyət göstərib. Onun ssenaristi olduğu “Kırık bir aşk hikayesi” filmi “İlin ən yaxşı ssenarisi” mükafatına layiq görülüb.
O, “Dostlukların son günü”, “Uzak hep uzak” və “Yaşarken ve ölürken” kimi əsərləri ilə tanınıb.