Bakı. Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuzsaxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, yanvarın 8-də polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 3 qumbara,1 alışdırıcı, 39 tüfəng, 11 patron darağı və 731 ədəd müxtəlifçaplı patron aşkar edərək götürüblər.