EN

Azərbaycan XİN Gürcüstana başsağlığı verdi


Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Qali rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşağın faciəvi şəkildə həyatını itirməsi ilə bağlı başsağlığı verib.

BEY.AZ xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

“Abxaziyanın Qali rayonunda beş uşağın həyatını itirdiyi faciəvi yanğın bizi dərin kədərləndirdi. Bu dəhşətli hadisədən zərər çəkən ailələrə və dost Gürcüstana başsağlığı veririk. Bu itkiyə dözmək üçün səbr diləyirik”, – məlumatda qeyd olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Chosen
13
20
Bey.az

10Sources