“Şamaxı” qış fasiləsində daha bir futbolçu transfer edib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bölgə təmsilçisi hücumçu Michael Thuique Dias Santosu heyətinə qatıb. Braziliyalı forvardla il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.
Qeyd edək ki, 31 yaşlı futbolçunun son klubu Litvanın “Hegelmann” olub.
Xatırladaq ki, "Şamaxı" bu qış transfer pəncərəsi zamanı Cəlal Hüseynov, Murad Vəliyev, Vüsal Məsimov və Andrey-Kostin Tirkovaneunu sıralarına cəlb edib.