EN

Zurabişvili hələ də prezident olduğunu düşünür

Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili dövlət başçısı olaraq qaldığını bildirib.

Modern.az-ın məlumatına görə, o, yeeni ofisində keçirdiyi ilk brifinqində prezident olaraq qaldığını bəyan edib.

“Sizi Orbeliani sarayının davamı olan yeni ofisdə salamlamaq istəyirəm, bura Orbeliani sarayı olmaya bilər, amma ruh buradadır və hazırda çox dərin böhran içərisində olan prezident vəzifəsi burada davam edir”, - Zurabişvili qeyd edib.

Xatırladaq ki, dekabrın 29-da Gürcüstanın hazırkı prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasimi olub və o, prezidentin iqamətgahı olan Orbeliani sarayında öz səlahiyyətlərinin icrasına başlayıb.

Chosen
5
12
modern.az

10Sources