EN

Ötən il dünyada təbii fəlakətlər nəticəsində 11 minə yaxın insan həlak olub

2024-cü ildə təbii fəlakətlərin qlobal iqtisadiyyata vurduğu ümumi zərər 320 milyard dollara çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə dünyanın ən böyük sığorta şirkəti olan "Munich Re"nin icmalında qeyd olunub.

Məlumatda bildirilib ki, bu göstərici ötən illə müqayisədə təxminən 1/3 çoxdur.

Şirkət qeyd edib ki, ötən il təbii fəlakətlər nəticəsində ümumilikdə 11 minə yaxın insan həlak olub.

Chosen
15
operativmedia.az

1Sources