EN

“Real”da işləmək istəyən Zidan bu komandanı çalışdıra bilər


Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatından sonra istefa verəcəyini açıqlayıb.

BEY.AZ xəbər verir ki, “Monako”, “Yuventus” və “Marsel”də çalışdıqdan sonra 2012-ci ildən Fransa millisinə rəhbərlik edən Deşam, fəaliyyəti dövründə komandanı zirvədə saxladığını ifadə edib. Didye Deşam Fransa milli komandası ilə 2018 FIFA Dünya Kuboku və 2020-2021 UEFA Millətlər Liqasını qazanıb. Deşamın rəhbərliyi altında Fransa 2016-cı il Avropa çempionatının və 2022-ci il FİFA Dünya Çempionatının final mərhələsinə yüksəlib. Deşam braziliyalı Mario Zaqallo və alman Frans Bekkenbauerlə birlikdə həm oyunçu, həm də məşqçi kimi Dünya Kubokunu qazanan üç oyunçudan biridir. “Le Equipe”də dərc edilən xəbərə görə, Didye Deşamın gedişindən sonra Fransa millisini çalışdıracaq favorit “Real Madrid”in keçmiş baş məşqçisi Zinəddin Zidandır. Xəbərdə deyilir ki, Tyerri Henri, Bruno Genesio və Frank Haisen də namizədlər arasındadır.

Qeyd edək ki, Zinəddin Zidanın Fransa və ya “Real Madrid”də işləmək istədiyi barədə xəbərlər dərc edilmişdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Chosen
7
1
Bey.az

2Sources