Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin 39 yaşlı hücumçusu Kriştianu Ronaldo karyerasında 917-ci qolunu vurub
Bakıvaxtı.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının 14-cü turunun matçında "Əl-Nəsr" doğma meydanda "Əl-Ohdud"la qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.
Ronaldo 42-ci dəqiqədə penaltini qola çevirib. Seneqallı yarımmüdafiəçi Sadio Mane “Əl-Nasr”ın heyətində iki dəfə fərqlənib.
“Əl-Nəsr” 28 xalla üçüncü yerdədir.