ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Rusiyanı Kiyevə hərbi yardımı kütləvi şəkildə genişləndirməklə hədələyərək, sülh danışıqlarına başlamağa məcbur edə bilməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın eks-prezidenti Ronald Reyqanın keçmiş köməkçisi Duq Bandou bildirib.
"Əgər Tramp Kiyevə yardımı kütləvi şəkildə artırmaqla Rusiyanı hədələmək və sülhə nail olmağa ümid edirsə, onun səyləri uğursuzluğa düçar olacaq. Böyük yardım Ukraynanın ən böyük zəifliyini - canlı resurslarını aradan qaldıra bilməyəcək", - Bandou qeyd edib.
O vurğulayıb ki, Rusiya Ukrayna üzərində qələbə qazanarsa, ABŞ və NATO-nun etibarı məhv olacaq.