EN

Türkiyədən Rusiyaya kimyəvi maddə ixracı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyədən Rusiyayakimyəvi maddə ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,3faiz azalaraq,1 milyard 416 milyon 394 min 11 dollara bərabərolub.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Rusiyaya 104 milyon 874 min47 dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da 2023-cüilin dekabr ayı ilə müqayisədə 7,4 faiz azdır” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyəninkimyəvi maddə ixracı 2023-cü ilin ilin eyni dövrü ilə müqayisədə 1faiz artaraq, 30 milyard 785 milyon 242 min dollara bərabərolub.

“Keçən ilin dekabr ayında Türkiyə 2 milyard 658 milyon 128 mindollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da 2023-cü ilindekabr ayı ilə müqayisədə 1,4 faiz azdır” – deyə nazirlikdənbildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr2023-dekabr 2024) Türkiyə 30 milyard 785 milyon 242 min dollarməbləğində kimyəvi maddə ixrac edib.

Məqalədə:
Chosen
3
8
az.trend.az

10Sources