EN

Kreml: “Rusiyanın heç vaxt Ukraynanı fəth etmək məqsədi olmayıb”

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski bildirib ki, Rusiyanın heç vaxt Ukraynanı fəth etmək məqsədi olmayıb.“Report” TASS-a istinadən verdiyi xəbərə əsasən, o bildirib ki, tammiqyaslı hərbi əməliyyatlara başlayan Qərb və Ukrayna Prezidenti Volodimir Zelenski olub.V. Medinski söyləyib ki, Moskva 2022-ci ilin yazında keçirilən danışıqlarda Kiyevdən bu ölkənin NATO-ya üzvlüyündən imtina etməsini tələb edib.Prezidentinin köməkçisi vurğulayıb ki, Kiyev Moskva ilə sülh müqaviləsi imzalasaydı, yüz minlərlə ukraynalının həyatını xilas edə bilərdi: “Zelenski müharibəni seçib”.Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.

Chosen
247
10
sherg.az

10Sources