EN

Azərbaycanla Bosniya və Herseqovina XİN rəhbərləri görüşüb - YENİLƏNİB

Xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının Skopye şəhərində keçirilən 30-cu iclasında iştirakı çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç ilə görüş keçirib.

XİN-dən "İki sahil"ə verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub və bu xüsusda, qarşılıqlı yüksək səviyyəli səfərlərin önəmi vurğulanıb.

Görüş zamanı iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün daha böyük potensialın mövcud olduğu diqqətə çatdırılıb və bu xüsusda, qarşılıqlı investisiyaların təşviqi və enerji, turizm, kənd təsərrüfatı və bir sıra digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Nazir Elmedin Konakoviç ölkəsinin Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdiyini vurğulayıb və məmnuniyyətlə ölkəmizə səfər edəcəyini qeyd edib.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı “X” platformasında paylaşım edib.

Görüşdə Azərbaycanla Bosniya və Herseqovinaarasında strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ikitərəfli gündəlikdəki məsələlər müzakirə edilib.

Qeyd edək ki, görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (ATƏT Xarici İşlər Nazirləri Şurasının) iclası çərçivəsində baş tutub.

Chosen
623
50
ikisahil.az

10Sources