EN

Robin Bruks: Aİ-nin Ermənistana ixracı 200 % artıb, Brüssel hara baxır?

Ermənistan Rusiyaya Avropa İttifaqının (Aİ) sanksiyalarından yan keçməyə kömək edir, bunu Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Aİ ölkələrindən Ermənistana məhsul ixracının kəskin artması dəlalət edir.AzVision.az xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı, “Goldman Sachs”ın keçmiş baş valyuta strateqi və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruks sosial şəbəkədə yazıb.

“Avropa İttifaqında nə baş verdiyini düşünmək lazımdır. Putinin Ukraynaya hərbi müdaxiləsi Aİ-nin müdafiə etdiyi hər şey üçün böyük təhlükədir. Amma buna bənzər bir çox nümunə var: işğaldan sonra Aİ-nin Ermənistana ixracı 200 % artıb. Bu mallar Rusiyaya gedir və Putinə kömək edir. Bəs Brüssel nə edir?”, – o qeyd edib.

AzVision.az

Chosen
641
13
azvision.az

10Sources