Ermənistanda əsgər güllə yarası alıb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, əsgərin vəziyyəti stabil və ağır olaraq qiymətləndirilir. Bildirilib ki, hazırda hərbçinin həyatı üçün təhlükə yoxdur.
Detallar açıqlanmayıb. Bununla belə, qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.