EN

`Xarı Bülbül Şuşa` və `Xarı Bülbül Laçın` voleybolçuları prezidentə müraciət etdi - ciddi maddi sıxıntılarla üzləşiblər...

“Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” voleybol komandalarının üzvləri media vasitəsi ilə ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlayıb.Şuşa şəhərinin işğaldan azad edilməsi günü şərəfinə yaradılan voleybol komandası son günlər ciddi maddi sıxıntılarla üzləşib.Heyyətində bir sıra əcnəbi oyunçuların da olduğu komanda ölkə Prezidentinə müraciət edərək yaranmış çətinliyin aradan qaldırılmasını xahiş ediblər.Qeyd edək ki,müraciəti ukraynalı oyunçu Pavel Moroz,kanadalı voleybolçu Zac Hutcheson,İtaliyadan olan oyunçu Andrea Santangelo,Yaponiyadan olan idmançı Keisune Matsuo,serbiyalı voleybolçu Aleksandr Okoliç,ABŞ-dan olan voleybolçu Diego Villafane,Kanadadan olan voleybolçu Jake Gomes, Cənubi Azərbaycandan olan oyunçu Salar Qənideqəhrəmanlı,voleybolçu Andrey Melnikov komandanın təsisçisi və kapitanı İlqar İmamquliyev və digər voleybolçular edib.Məlumat üçün qeyd edək ki, erməni işğalçılardan azad edilən Şuşa tarixdə ilk dəfə olaraq avrokuboklarda “Xarı Bülbül Şuşa” komandası ilə təmsil olunub. “Xarı Bülbül Şuşa” Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub edib. Daha sonra Şuşa klubu ciddi maliyyə çətinliyi yaşadığı zamanda Yunanıstanın “Panatinaikos” komandası ilə görüşlərdə məğlub olub.Məlumat üçün qeyd edək ki, bu ilin Aprelin 11-də Azərbaycan Voleybol Federasiyasının (AVF) ümumi yığıncağı keçirilib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti seçilib.Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Chosen
491
5
dia.az

10Sources