EN

Trampın Rusiya ilə əlaqələrini araşdıran keçmiş FTB zabiti 4 il "yatacaq"

Manhetten federal hakimi Nyu Yorkda Federal Təhqiqat Bürosu əks-kəşfiyyatının keçmiş rəhbəri Çarlz Makqoniqalı rusiyalı iş adamı Oleq Deripaskaya işləməklə çirkli pulların yuyulması və ABŞ sanksiyalarını pozmaq üçün sui-qəsd təşkil etməkdə ittiham edərək 4 il 2 ay həbs cəzasına məhkum edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” yazır.

Avqust ayında Makqoniqal Deripaskanın göstərişi ilə biznes rəqibi milyarder Vladimir Potanin barədə ifşaedici məlumatlar toplamaqda günahını etiraf edib. Bu, 2018-ci ildə Deripaskaya qarşı tətbiq edilən sanksiyaları pozaraq və onun vasitəçisi Yevgeni Fokin vasitəsilə 17,5 min dollar məbləğində gizli ödənişlər müqabilində edilib.

Çarlz Makqoniqal iyirmi ildən çox FTB-də xidmət edib, karyerasının son iki ili isə Nyu Yorkdakı əks-kəşfiyyat idarəsinin rəhbəri olub. Bu vəzifədə o, Oleq Deripaska da daxil olmaqla rusiyalı oliqarxları ilə bağlı araşdırmalarda iştirak edib.

2024-cü ilin fevral ayında onu başqa bir cəza da gözləyir. Belə ki, Makqoniqal 2023-cü ilin sentyabrında Vaşinqtonda federal məhkəmədə Albaniyanın keçmiş kəşfiyyat zabitindən aldığı 225.000 dollarlıq ödənişi və digər əməliyyatları gizlətməkdə günahını etiraf edib. 

Nizami Bağırov
Chosen
239
50
qaynarinfo.az

10Sources