EN

Parlamentdə səsvermə olmadan büdcəni qəbul etdi

Fransanın Baş naziri Elizabet Borne Konstitusiyanın 49.3-cü maddəsinə istinad edərək, ölkənin 2024-cü il büdcə layihəsinin səsvermə olmadan qəbul edilməsi proseduruna başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

"Elizabet Born şənbə günü Milli Assambleyada yeni oxunuşda qanun layihəsinin bütün mətni ilə bağlı konstitusiyanın 49.3-cü maddəsinə yenidən müraciət edib", - telekanal bildirir.

Solçu "Məğlubedilməz France" Partiyası hökumətə etimadsızlıq səsverməsi keçirəcəyini bildirib. Əgər bu rədd olunsa, qanun layihəsi qəbul edilmiş sayılacaq.

Qeyd olunur ki, Elizabet Born Baş nazir olduğu müddətdə Fransa Konstitusiyasının 49.3-cü maddəsinə 22 dəfə istinad edib.

Milli.Az

Chosen
101
3
milli.az

6Sources