EN

Neftçilər xəstəxanasının yeni reanimasiya şöbəsi - Açılışdan fotolar


Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi əsaslı təmir olunub

"Medicina" xəbər verir ki, TƏBİBtabeliyində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi əsaslı təmir-bərpa işlərindən sonra istifadəyə verilib.

Açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov iştirak ediblər.

Əsaslı təmir-bərpa işləri barədə məlumat verən Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov bildirib ki, xəstəxanada Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi 1985-ci ildə yaradılıb və həmin dövrdən etibarənfəaliyyətdədir.

Cari il ərzində aparılan yenidənqurma işlərindən sonra isə şöbə tamamilə yeni və ən müasir tibbi avadanlıqlarla, eləcə də cihazlarla təchiz olunub. Belə ki, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi hemodializ və süni tənəffüs aparatları, tam təminatlı kardiomonitorlar, infuzomatlar, perfuzorlar, videolarinqoskop, sorucu cihaz, defibrilyator, çoxfunksiyalı çarpayılar, portativ rentgen, USM, EXO cihazları, qan qızdırıcı, havalı döşəklər və s. ilə təmin olunub.

Şöbə izolə olunmuş 8 otaqvə 24 çarpayıdan ibarətdir.

Hər bir otağın ayrıca hepafiltr və havalandırma sistemi mövcuddur. Bu da infeksiyaların yayılması riskini məhdudlaşdırır.




Medicina.az
Chosen
116
10
medicina.az

10Sources