EN

Arı sancmasının faydaları - Bu xəstəlikləri sağaldır

Arı sancması insanları qorxudur. Lakin arı sancdığında ağrı hiss etməyimizə səbəb olan arı zəhərinin xeyirləri də vardır.

Arı polenindən və balından fərqli olan bu zəhərin faydalı olduğuna dair iddialar qədim Misir dövrlərinə qədər uzanır.

Bu zəhərin içərisində olan mellitin, adolapin və apamin iltihab maddələri sayəsində bədəndəki iltihabları azalda bilir. Amerika və İsveçdə aparılan araşdırmalar zamanı zəhərin ağrıkəsici təsirə malik olduğu da öyrənilib. Arı zəhəri zəngin flora və faunası olan Azərbaycanımız və xarici ölkələrin təbabətində geniş şəkildə rast gəlinir. Təbabətdə arı zəhəri natural şəkildə bilavasitə arı sancması ilə və müxtəlif preparatlar şəklində istifadə edilir. Son vaxtlar arı zəhəri oynaq revmatizminin və sinir xəstəliklərin, radikulit və üçlü sinirin nevralgiyasının müalicəsində yaxşı nəticə verir. Arı sancmasından qaynaqlanan maye zəhərin oynaq iltihabını müalicə etməyə və hətta qarşısını almağa xeyri var.

Arı sancması müalicəsinin müəyyən bir neçə xəstəlik müalicəsində istifadə edildiyi də ifadə edilir. O xəstəliklərin başında asma xəstəliyi gəlir. Digər xəstəliklərdən biri də MS xəstəliyidir. Avropada bir çox xəstə bu üsulla müalicə edilir.

Arı zəhəri apitoksin qan yaradıcı sistemlərə yaxşı təsir edərək hemoqlobinin miqdarını çoxaldır, qanın yaxıcılığını və laxtalanmasını azaldır, eritrositlərin çökmə reaksiyasını aşağı salır, ümumi və yerli leykositozu artırır. Arı zəhəri ürək əzələsinin işini nizamlayır,qan təzyiqini aşağı salır və maddələr mübadiləsini yaxşılaşdırır. Arı zəhəri bir çox sağalmayan yaraların müalicəsində işlədilir.
Mütəxəssislər, arı zəhərinin oynaq iltihabı ağrısına çarə ola biləcək yeni müalicələr hazırlanmasında istifadə edildiyinə inanır.
Arı müalicəsi, revmatizm və oynaq iltihabı kimi problemlər yaşayan xəstələrə gözlə görünən təsir edir.
 
Arı sancmasından qaynaqlanan maye zəhər qan dövranını sürətləndirir.
Oynaq iltihablarından qaynaqlanan ağrıları dindirir. Və oynaq iltihablarını yox edir.
 
Arı sancması müalicəsinin müəyyən bir neçə xəstəlik müalicəsində istifadə edildiyi də ifadə edilir.
O xəstəliklərin başında asma gəlməkdədir. Digər xəstəliklərdən biri də MS xəstəliyidir. Avropada bir çox xəstə bu üsulla müalicə edilir.
Arının möcüzəvi əsəri balın isə şəfaların saymaqla bitmir.
 
Arı sancmasına qarşı təbii üsullar.
 
Arı sancması zamanı infeksiyaya səbəb ola biləcək bakteriyalardan qurtulmaq üçün həmin bolğəni sabunla yumaq lazımdır.
   
1.Bir diş sarımsağı əzin və arının sancdığı yerə sürtün.
 
2.Lavanda yağı arının zəhərini yox etməkdə olduqca təsirlidir.
 
3.Karbonat (çay sodası) və su:
Karbonat və suyu qarışdırıb əldə etdiyiniz qarışığı arının sancdığı bölgəyə sürtün.
 
4.Soğanı ortadan kəsin və sulu qismini arı sancan bölgəyə sürtün.
 
5.Arı sancmasına arının özü düzəltdiyi balın yaxşı təsir etməsi sizcə də qəribə deyilmi? Bal az qala hər cür sağlamlıq problemində bir nömrəli köməkçimizdir. Balı arının sancdığı bölgəyə sürtün və işə necə yaradığını görəcəksiniz.
 
6.Bir ​​neçə yarpaq cəfərini doğrayın və sulu halda arı sancan yaranın üzərinə qoyun.

Saglamolun.Az





Chosen
259
20
saglamolun.az

10Sources