EN

Qərargah rəisi: “Ermənilər minaların təmizlənməsini əngəlləmək üçün süni maneələr yaradıblar”

“Ermənilər əraziləri minalarla çirkləndirərkən minaların təmizlənməsini əngəlləmək üçün müəyyən süni maneələr də yaradıblar”.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina əleyhinə xüsusi təyinatlı taborunun qərargah rəisi Səbuhi Sarıyev deyib.

O bildirib ki, xidmətin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətlə davam etdirir:

“Bu vaxta qədər Ağdamın bir neçə istiqamətində, əsasən, yaşayış məntəqələri, su hövzələri, yolların keçdiyi ərazilərdə təmizləmə işləri həyata keçirmişik. Minatəmizləmə işləri zamanı bütün minalı ərazilərdə çoxlu sayda metal qırıntıları aşkar edilir. Bu da minatəmizləmə işlərində bir qədər çətinlik yaradır. Mina sahəsində metal qırıntıları detektorda təhlükə siqnalı verir. Siqnal verən maneənin aşkar edilməsi xeyli vaxt itkisinə səbəb olur, ancaq bütün bunlara baxmayaraq, minatəmizləmə işləri sürətlə gedir”.

Chosen
70
8
oxu.az

10Sources