EN

Ermənilərin silah anbarı kimi istifadə etdikləri növbəti mülki təyinatlı obyekt aşkar edilib - FOTO

Qarabağ bölgəsinin Ortakənd yaşayış məntəqəsində yerləşən və vaxtilə ermənilər tərəfindən silah-sursat anbarı kimi istifadə olunmuş mülki təyinatlı obyektə baxış keçirilən zaman içərisində xeyli sayda müxtəlif növ mina, kustar üsulla hazırlanmış əldəqayırma partlayıcı qurğu və çoxlu sayda digər döyüş sursatları aşkar edilib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Qeyd olunur ki, həmin mina və əldəqayırma partlayıcı qurğular Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən müsadirə edilib. 

Chosen
144
49
korrespondent.az

10Sources