EN

ANAMA-nın minaya düşən əməkdaşının son durumu açıqlandı

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində minaya düşən əməkdaşının son durumu açıqlanıb.

 

Agentlikdən Sfera.az-a bildirilib ki, minaya düşən Zaur Mahmudov rayon xəstəxanasına yerləşdirilib.

 

Müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb. Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərilib. Vəziyyəti qənaətbəxşdir.

Chosen
248
9
sfera.az

10Sources