EN

Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiqlənib

“Peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası” təsdiqlənib.Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.Peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi zamanı aşağıdakı ümumi tələblər nəzərə alınmalıdır:- təhsil proqramına (kurikuluma) uyğunluğu;- materialların elmi etibarlılığı, dəqiqliyi, inkişaf-yönümlülüyü, peşəyönümlülüyü, dəyəryönümlülüyü, tərbiyə-yönümlülüyü;- nəzəri biliklərin praktiki bacarıqlarla tamamlanması və əmək bazarının tələblərinə uyğunluğu;- pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə, müasir tədris texnologiyalarına uyğunluğu;- müasir informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərinin nəzərə alınması;- dizayn və tərtibatın məntiqliliyi, estetikliyi və müasirliyi;- Azərbaycan qanunvericiliyinin tələblərinə uyğunluğu.Qayda “Peşə təhsili haqqında” qanuna uyğun olaraq hazırlanıb. Peşə təhsili müəssisələri üçün ümumtəhsil dərsliklərinin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na uyğun olaraq həyata keçiriləcək.

Chosen
124
31
sherg.az

10Sources