EN

"Bu, regionda yeni müharibəyə gətirib çıxaracaq" - ŞOK DETALLAR

Ermənistanın silahlanması sülh müqaviləsinə mənfi təsir edə bilər. Rəsmi İrəvanın Hindistandan 700 kilometr mənzilli raketlər alması istiqamətində danışıqlar aparması və digər silhaların tədarükünü həyata keçirməsi regionda sülhü təhdid edir. Ermənistan rəhbərliyi sülh müqaviləsində maraqlıdırsa, uzaq vuran raketlərin alınmasına getməməlidir".

Bu fikirləri "MediaPost"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Nikol Paşinyan bütün parametrlərlə ölkəsini silhalandırmağa çalışır: "Hindistanın bu silahları Ermənistana satması "Orta dəhlizdə" Çinin qarşını almaq və "Baharat" dəhlizinə alternativi ortadan götürmək məqsədi daşıyır.

alt

Hindistan Cənubi Qafqazda Çinin "Bir qurşaq, bir yol" geoiqtisadi layihəsinə qarşı Ermənistanı silahlandırır. Çünki, Ermənistanın silahlanması regionda Azərbaycanla yeni müharibəyə gətirib çıxara bilər. Əgər, Ermənistan hərbi cəhətdən müəyyən qədər öz arsenalını qura bilsə, sülh müqaviləsindən yayınmağa çalışacaq. Fransa və Hindistan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmamasında maraqlıdır. Hətta Rusiya da burada Ermənistanın silhalandırılmasını səssizcə qəbul edir. İranda Hindistandan ixrac olunan silhaların tranzitini həyata keçirir. Ermənistan yay aylarına qədər sülh müqaviləsinə imza atmasa, bu, Azərbaycanla müharibə etməyə hazırlaşması anlamına gələcək. Belə olan halda isə Azərbaycana qarşı hərbi üstünlük əldə edərək danışıqlarda rəsmi Bakıya əlavə şərtlər irəli sürəcək. Ermənistanın növbəti hərbi təxribatları isə yeni ərazilər itirməsinə gətirib çıxaracaq".

Müşviq Tofiqoğlu

Chosen
99
34
mediapost.az

10Sources