EN

"Bu, Rusiyaya üçtərəfli görüşün keçirilməsi fürsətini verir" - Sankt-Peterburq səfərinin PƏRDƏARXASI

Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa səfər edib. Bu, Rusiyaya üçtərəfli görüşün keçirilməsi fürsətini verir. Hətta üçtərəfli formatda görüş rəsmi şəkildə baş tutmasa belə, Putinin Əliyev və Paşinyanla sülh sazişi üzərində müəyyən müzakirələr aparacağı mümkündür. Lakin Rusiyanın hazırda tərəflərlə nəyi müzakirə edə biləcəyi sual altındadır. 

Mövzunu "MediaPost"a şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Moskvanın sülh sazişində vasitəçiliyini şərtləndirəcək iki məsələ mövcuddur: " Birincisi, sərhədin delimitasiyası məsələsidir. Sovet xəritələri isə Rusiya Baş Qərargahındadır. İkincisi, kommunikasiyanın açılması məsələsidir ki, Azərbaycanın bununla bağlı istəyi və rusların “istinad nöqtəsi” 10 noyabr bəyanatıdır.

alt

Hərçənd, hər iki məsələ üzərində artıq kifayət qədər korrektlər edilib. İkitərəfli formatın önə çıxması fonunda Bakı və İrəvan delimitasiyanı sonraya saxlamaq haqda müzakirə aparır. 10 noyabr bəyanatı de-fakto qüvvədən düşüb və Bakı Naxçıvana “maneəsiz çıxış” məsələsində “Azərbaycandan Azərbaycana prinsipini” irəli sürür. Bu baxımdan, Putinin Əliyev və Paşinyanla sülh sazişi üzərində müzakirə aparacaq konkret məsələsinin qalmadığı görünür. Lakin Putinin tərəflər arasında “hakim” rolunu yenidən ön plana çıxarmaq fürsətindən istifadə etməyə çalışacağı da aydındır. Və əsas müzakirəni kommunikasiyanın açılması, açılacaq yollarda Rusiyanın iştirakçılığını təmin etmək üzərində qura biləcəyi ehtimalı var".

Politoloqun sözlərinə görə, Sankt-Peterburqda üçtərəfli formatda rəsmi, yaxud qeyri-rəsmi təmaslar olarsa, bu, sülh sazişi üzərində hansısa irəliləyişin əldə edilməsi yox, Rusiyanın Qərb qarşısında “bir addım” önə çıxması kimi xarakterizə ediləcək: "Xüsusilə, Qərb platformasında görüşə nail ola bilmədikləri təqdirdə, Moskvanın bunu etməsi fonunda Kremlin önə çıxması realdır. İstisna deyil ki, Peterburqda mükün görüş Qərbi üçtərəfli təmasların təşkili istiqamətində hərəkətləndirəcək. Lakin bu mübarizədə ən mümkün həll yolu Bakının irəli sürdüyü variant ola bilər. Əliyev ikitərəfli formatın üzərində dayanmaqla Qərbə Rusiya vasitəçiliyinin önə çıxmayacağını göstərdi və müəyyən qədər də olsa, razılaşdırdı. Belə ki, Qərb platformasına getməməklə Moskvanın da Bakı-İrəvan sülh danışıqlarına aktiv müdaxiləsinin qarşısı alına bilər".

Müşviq Tofiqoğlu

Chosen
159
24
mediapost.az

10Sources