İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “MGN Capital” MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
İndex.az nazirliyə istinadən xəbər verir ki, yeni BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, 119C, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Rəşad Sərdar oğlu Kərimovdur.