EN

Ağdamın bu məhəllələrinə 8 mindən çox adam köçürüləcək

Prezident İlham Əliyevin dekabrın 24-də Ağdama səfəri zamanı təməlini qoyduğu 4-cü və 5-ci yaşayış məhəllələrinə 8 min nəfərdən çox adamın köçürülməsi nəzərdə tutulur.

Publika.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.

"4-cü yaşayış məhəlləsinin ərazisi 13,96 hektar, bura köçürülməsi nəzərdə tutulmuş əhalinin sayı 4 450 nəfər təşkil edir. Ümumilikdə 1, 2, 3 və 4 otaqdan ibarət olan mənzillərin sayının 1 080 olması nəzərdə tutulur. 5-ci yaşayış məhəlləsinin isə ərazisi 12,12 hektar, bura köçürülməsi nəzərdə tutulmuş əhalinin sayı 3 803 nəfər təşkil edir. Mənzillərin sayının isə 1 115 olması planlaşdırılır.

Chosen
39
12
publika.az

10Sources