EN

Sosial şəbəkədən tanıdığı şəxsi öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Cari il sentyabrın 24-də Nəsimi rayonu ərazisində 1997-ci il təvəllüdlü Tərlan Mədətovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Bu barədə MediaPost-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, ibtidai istintaqla 1999-cu il təvəllüdlü Səhrab Məlikzadənin Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən mənzillərdən birində sosial şəbəkələr vasitəsilə tanıdığı Tərlan Mədətova qisas niyyəti ilə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Səhrab Məlikzadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbərlər departamenti

Chosen
227
6
mediapost.az

9Sources