EN

Fərid Şəfiyev: "Antiterror tədbirlərindən sonra beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzi kəskinləşib"

Antiterror tədbirlərindən sonra beynəlxalq təşkilatlar və mətbu orqanların Azərbaycana qarşı qərəzli mövqeyi kəskinləşib.

MediaPost xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət və təşkilatlar BMTM-in əsas diqqət mərkəzindədir: "Ancaq biz bu çərçivədə əməkdaşlıq qurmağa çalışarkən qərəzli mövqe gördük, bəzi qurumlar və mətbu orqanlar əməkdaşlıqdan imtina edirdilər və buna da əsas gətirmirdilər. Azərbaycana qarşı həmişə qərəzli mövqe müşahidə etmişik, ancaq 2023-cü ildə, antiterror tədbirlərindən sonra bizə münasibətləri daha da kəskinləşdi. Ancaq bununla belə, biz bir sıra qurumlarla əməkdaşlığı davam etdirdik. Bizim onlayn formatda 30-a yaxın tədbirimiz keçirilib".

Xəbərlər departamenti

Chosen
78
2
mediapost.az

3Sources