Laçın şəhərində “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin açılışı olub.
Kulis.az xəbər verir ki, açılış mərasimində Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, bu gün Laçında həm də “İslimi” Xalçaçılıq Mərkəzi açılıb.