EN

Laçında “İslimi” Xalçaçılıq Mərkəzi

Bu günlərdə işğaldan azad olunmuş Laçın rayonunda “İslimi” Xalçaçılıq mərkəzi açılıb. Bu mərkəz Laçının hələ qədimdən məhşur xalçalarının olduğu nəzərə alınaraq yaradılıb. Burada Laçın çeşnilərini özündə əks erdirən xalçaların ərsəyə gətirilməsi ilə yanaşı, həm də sa­kinlərin məşğulluğu təmin olunacaq.
Açılış mərasimində Azərbaycan Res­publikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və digər qurumla­rın əməkdaşları iştirak ediblər. Mərasim iş­tirakçıları mərkəzdə yaradılan şəraitlə tanış olublar.
XQ

Chosen
117
9
xalqqazeti.az

10Sources