EN

Samuxda Heydər Əliyev prospektindəki mərkəzi park yenidən qurulur

Samux rayonunda əhalinin ən çox istirahət etdiyi yerlərdən olan Heydər Əliyev prospektindəki mərkəzi parkda davam edən əsaslı təmir və yenidənqurma işləri artıq başa çatmaq üzrədir.

“Qafqazinfo” xəbər verir ki, parkdakı köhnə üzlük daşları sökülərək 4200 m2 sahədə müasir bəzək daşları ilə əvəz olunub, 664 p/m uzunluğunda səki daşları yenisi ilə dəyişdirilib, fəvvarələr, oturacaqlar, işıqlandırma sistemi əsaslı təmir edilib, uşaqlar üçün yeni attraksionlar quraşdırılıb, 4 ədəd söhbətgah tikilib, bəzək ağacları və gül kolları əkilib.

Qeyd edək ki, aparılan abadlıq-quruculuq işləri yerli sakinlərin asudə vaxtlarının səmərəli təşkilinə öz töhfəsini verəcək.

Təmir və yenidənqurma işlərinin dekabrın 30-dək başa çatdırılması və bayram günlərində sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.








Chosen
116
6
qafqazinfo.az

10Sources