EN

Yerli televiziya və radio kanalları bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində yayımlanacaq - İsmət Səttarov

Bakı. Trend:

İşğaldan azad olunmuş ərazilərdə televiziya və radio yayımınınhəyata keçirilməsi üçün ilk növbədə bu sahədə tam dağıdılmış və yayararsız hala salınmış infrastruktur yenidən qurulmalıdır. Şuşaşəhəri və ətraf ərazilərdə, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilanrayonlarının ərazilərində ümumölkə televiziya kanallarının açıqyayımı və habelə, 5–8 ümumölkə yerüstü radio yayımçısınınproqramlarının yayımı tam təmin olunub.

Trend-inməlumatına görə, bunu Azərtac-a müsahibəsində AzərbaycanRespublikası Audiovizual Şurasının sədri İsmət Səttarov deyib.

O bildirib ki, Laçın, Qubadlı, Kəlbəcər rayonlarının sərtrelyefini nəzərə alaraq orada hazırda yayım təşkili ilə bağlı işlərgedir.

“Bu xüsusda, Laçın şəhərində televiziya və radio yayımınıntəşkili işini qeyd edərdim ki, bu prosesin yaxın zamanlardayekunlaşacağı gözlənilir. Bundan başqa, sırf həmin regionda yayımaparan “CBC FM” radiosu da mövcuddur. Şuranın qərarı ilə lisenziyaalan və müxtəlif dillərdə yayım aparan “Beynəlxalq radio”nun da ilkyayımı hazırda Qarabağ iqtisadi rayonu ərazisində həyatakeçirilir.

Xüsusi vurğulamaq istədiyim bir məqam isə lokal antiterrortədbirlərindən sonra suverenliyimizin bütün ərazilərimizdə bərpasınəticəsində yaşadığımız qürur və sevinc hissi ilə bağlıdır.Dövlətimizin başçısının qətiyyəti və müdrik siyasəti, ordumuzunrəşadəti və peşəkarlığı nəticəsində azad olunan Xankəndi, Xocalı,Ağdərə və Qarabağımızın digər yaşayış məntəqələrindəki televiziyavə radio yayımına gəlincə qeyd olunmalıdır ki, Şuşaradio-televiziya yayım stansiyasından və Xocavənd rayonundayerləşən Şahyeri RTYS-dən aparılan yayımlar həmin yaşayışməntəqələrini (o cümlədən Xankəndi şəhərini də) əhatə edir və bütünölkə kanalları orada yayımlanır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Teleradio”İstehsalat Birliyi tərəfindən sürətlə həyata keçirilən həmin bölgəüzrə radio və televiziya yayım infrastrukturunun ölkə yayıminfrastrukturuna inteqrasiyası prosesi tamamlandıqca yerliteleviziya və radio kanallarının bütün Qarabağ və Şərqi Zəngəzurbölgəsində yayımı təmin olunacaq”, - deyə o əlavə edib.

Chosen
238
50
az.trend.az

10Sources