EN

Azərbaycana buğda idxalı daha 3 il müddətinə ƏDV-dən azad edilib

Bu ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il müddətinə ƏDV-dən azad edilib.



NUHÇIXAN xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.
Bu güzəştin müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb.
Qeyd edək ki, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən güzəşt müddətinin iki dəfə uzadılmaqla vergidən azad edilmişdi.
Ölkədə ƏDV dərəcəsi 18 % təşkil edir.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Chosen
327
34
nuhcixan.az

10Sources