Bakı. Trend:
Bakının Binəqədi rayonunda evdən külli miqdarda pul vəqızıl-zinət əşyaları oğurlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumatyayıb.
Bildirilib ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarınınkeçirdikləri əməliyyat-axtarış təbdirləri nəticəsində yanvarın 1-dərayon ərazisindəki evlərin birindən 5000 manat, 2000 ABŞ dolları,100 avro pul, 8000 manat dəyərində qızıl-zinət əşyaları və 500manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən paytaxtsakinləri Kamil Məmmədov və Qismət Nəcəfli müəyyən olunaraqsaxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.