EN

İrana daha bir zərbə: “Ən-Nücəba” komandiri öldürüldü

Bağdadın şərqində yerləşən “Əl-Həşd əş-Şaabi” bölmələrindən birinin qərargahına pilotsuz təyyarənin zərbə endirilməsi nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə İraq mediası məlumat yayıb. Bildirilib ki, zərbə nəticəsində ölənlər “Əl-Həşd əş-Şabi” şiə qoşunlarının 12-ci briqadasının komandiri Əbu Təqva əl-Saidi və onun silahdaşıdır. “Əl-Mayadin” isə öz mənbələrinə istinadən “Ən-Nücəba” hərəkatının komandiri və köməkçisinin “Əl-Həşd əş-Şaabi”nin Bağdaddakı qərargahına hava hücumu nəticəsində öldürüldüyünü yazıb.

Hizbullah “Ən-Nücəba” komandirinin ölümünü təsdiqləyib və baş verənlərə görə ABŞ-ı günahlandırıb.

Chosen
308
11
buta.tv

10Sources