EN

Yaponiyada baş verən zəlzələdə ölənlərin sayı artmaqda davam edir

Yaponiyada baş verən 7,6 bal gücündə zəlzələdə ölənlərin sayı artmaqda davam edir.

NOCOMMENT xəbər verir ki, Yaponiyada baş verən 7,6 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 110-a yüksələrkən, 606 nəfərin yaralandığı açıqlanıb. İtkin düşmüş 211 nəfərin axtarışları davam edir.
Yanvarın 1-də Yaponiyanın İşikava əyalətində baş verən və ətraf əyalətlərdə də güclü hiss olunan 7,6 bal gücündə zəlzələnin 6-cı günündə ölənlərin sayı 110-a yüksəlib.

Zəlzələ bölgəsində yaşayan təxminən 31 min insanın 357 təxliyyə mərkəzində qaldığı bildirilib. Bildirilib ki, Yaponiya Özünümüdafiə Qüvvələri (SDF), Yaponiya Sahil Mühafizə Qüvvələri (JCG) və polis qrupları zəlzələnin vurduğu ziyana görə bölgəyə yardım çatdırmaqda çətinlik çəkib.

Chosen
269
16
nocomment.az

10Sources