EN

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb

2024-cü ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Bu barədə 7News.Az-a nazirlikdən məlumat verilib.

Plana müvafiq olaraq cari ildə nəzərdə tutulan birgə tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyənləşdirilib.

2024-cü il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla keçiriləcək görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər icra olunacaq.
 
7News.Az
Chosen
129
50
7news.az

10Sources