EN

Yeni il süfrəsi arxasında zəhərləndilər: Ölən var

Bayram günlərində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 56 müraciət olub.

 

Bu barədə Sfera.az-a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən bildirilib.

 

Müraciət edənlərdən 37-si alkoqol, 11-i dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 1-i botulizm, 1-i isə pestisiddən zəhərlənib.

 

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər qadın pestisid zəhərlənməsindən ölüb.

Chosen
95
7
sfera.az

10Sources