2023-cü ilin dekabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarında satılmış 603,8 milyon ABŞ dolları vəsaitin 149,9 milyon ABŞ dolları və yaxud 24,8 %-i Dövlət Neft Fonduna (ARDNF) məxsus olub.
İndex.az xəbər verir ki, bu barədə Fonddan bildirilib.
Başqa sözlə, AMB ötən ay da valyuta ehtiyatlarının bir hissəsini (453,9 milyon ABŞ dolları) hərraca çıxarmalı olub.