2023-cü ilin dekabrında Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 149,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə Fonddan bildirilib.
Bildirilir ki, satışın 24,8 %-i Dövlət Neft Fonduna (ARDNF) məxsus olub.
AMB ötən ay da valyuta ehtiyatlarının bir hissəsini (453,9 milyon ABŞ dolları) hərraca çıxarmalı olub.
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin noyabrında 234,7 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.
Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.
2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb.
Aytac Zeynalova
www.anews.az