EN

Neft Fondu dekabrdakı valyuta satışının məbləğini açıqlayıb

2023-cü ilin dekabrında Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 149,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə Fonddan bildirilib.
 
Bildirilir ki, satışın 24,8 %-i Dövlət Neft Fonduna (ARDNF) məxsus olub.

AMB ötən ay da valyuta ehtiyatlarının bir hissəsini (453,9 milyon ABŞ dolları) hərraca çıxarmalı olub.
 
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin noyabrında 234,7 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.
 
Aytac Zeynalova

www.anews.az
Chosen
130
2
anews.az

10Sources