EN

Seçkilərlə bağlı ekspert komissiyaları yaradılır

Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar ekspert komissiyaları yaradılır.

"Report"un məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda müşavirədə məlumat verib.

"Növbədənkənar Prezident seçkiləri ilə bağlı MSK-nın nəzdində vətəndaşların seçki hüququnu pozan qərar, hərəkətsizlikdən, hərəkətlərdən 9 nəfərdən, dairə seçki komissiyaları tərkibində isə 3 nəfərdən ibarət ekspert komissiyaları yaradılır", - o deyib.

Chosen
137
14
demokrat.az

10Sources