İşğaldan azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları artıq qurulub.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, həmin məntəqələr lazımi avadanlıqlarla təchiz edilib.